Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycan üzgüçüləri Dünya Kubokunun mərhələ yarışında üçüncü və dördüncü yerləri tutublar.
"Portuqaliyada açıq suda üzgüçülük üzrə (10 km) Dünya Kubokunun mərhələ yarışı keçirilib. 21 ölkədən 70 idmançının (40 kişi, 30 qadın) qatıldığı bu yarışda Azərbaycan üzgüçüləri 3 və 4-cü yerləri bölüşüblər", - məlumatı çərşənbə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.
Fesenko Sergey bu yarışda 3-cü, xanım üzgüçümüz İnqa Koçur isə 4-cü yerlə kifayətlənib.