...

TQDK sədri ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatdan keçməməsindən narahatdır

Cəmiyyət Materials 13 Avqust 2010 11:50 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinə qəbul edilmiş abituriyentlər avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
TQDK sədri ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatdan keçməməsindən narahatdır

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Hacıyev/

TQDK sədri ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatdan keçməməsindən narahatdır.

"Ali təhsil müəssisələrinə qəbul olunanların cəmi 68%-i həmin təhsil ocaqlarında qeydiyyatdan keçib". Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlər avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abbaszadənin sözlərinə görə, ən yüksək müsabiqə olan Tibb Universitetinə qəbul olunan abituriyentlərin cəmi 71%-i qeydiyyatdan keçib.

"Qeydiyyatdan keçmək üçün beş gün var. Qeydiyyatdankeçməni sonuncu günə saxlamaq lazım deyil. Qeydiyyatı son günə saxlamaq problemlər yarada bilər", - Abbaszadə əlavə edib.

Abbaszadə deyib ki, bu il ali təhsil müəssisələrinə sənəd verən insanların 65%-i bu il orta məktəbləri bitirən məzunlardır. Bu, təxminən, 65000 gəncdir.

Həmin məzunların 50%-i 0-200 balarası nəticə göstərib, 8%-i isə 500-700 balarası nəticə göstərib.

"Bu məzunlar mərkəzləşdirilmiş imtahanlardan keçib və attestat alıblar. Biz attestat alan gənclərin 200-dən çox bal toplayacağını gözləyirdik. Çünki 200 bal minimum keçid balıdır", Abbaszadə bildirib.

Bu il ali məktəblərin qəbul aparılan 30 457 plan yerinə 27 700 nəfər qəbul olunub. Azərbaycan və rus bölmələrinə ali təhsil müəssisələrinə bölmələr və qruplar üzrə plan yerləri 30 510 olduğu halda, 28 737 yerə qəbul həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti