...

Azərbaycan Təhsil Nazirliyi bu həftə müəllimlərin məktəblərə qəbulu üzrə imtahan qaydalarını açıqlayacaq

Cəmiyyət Materials 18 Avqust 2010 15:17 (UTC +04:00)
Təhsil Nazirliyi avqustun 20-də Azərbaycan məktəblərində vakant müəllim vəzifələrinin doldurulması üzrə imtahanların qaydalarını və müddətini açıqlayacaq. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.
Azərbaycan Təhsil Nazirliyi bu həftə müəllimlərin məktəblərə qəbulu üzrə imtahan qaydalarını açıqlayacaq

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M.Əliyev/

Təhsil Nazirliyi avqustun 20-də Azərbaycan məktəblərində vakant müəllim vəzifələrinin doldurulması üzrə imtahanların qaydalarını və müddətini açıqlayacaq. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Bununla bağlı elan nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Orta məktəblərin təqdim etdikləri vakant yerlərə, əsasən, Bakının təhsil müəssisələrində ən çox idman, ibtidai hərbi hazırlıq, informatika müəllimlərinə ehtiyac var.

Ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ili üçün ümumtəhsil məktəblərində 365 vakant yerin tutulması üzrə müsabiqə keçirib. 1 044 nəfərdən yalnız 284 nəfər müəllim vəzifəsinə qəbul edilib, 81 yer isə vakant qalıb.

Azərbaycanda fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəblərində 170 minə yaxın müəllim və 1 420 mindən çox məktəbli oxuyur. 17 özəl ümumtəhsil məktəblərində 1 005 müəllim çalışır.

Xəbər lenti

Xəbər lenti