...

Azərbaycanda daha üç qəzet "qara siyahı"ya salına bilər

Cəmiyyət Materials 3 Sentyabr 2010 17:59 (UTC +04:00)
Azərbaycanda daha üç qəzet "qara siyahı"ya salına bilər. Bu barədə cümə günü Mətbuat Şurasından Trend-ə bildirilib.
Azərbaycanda daha üç qəzet "qara siyahı"ya salına bilər

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda daha üç qəzet "qara siyahı"ya salına bilər. Bu barədə cümə günü Mətbuat Şurasından Trend-ə bildirilib.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının cümə günü keçirilən iclasında "Vedi inform", "Həftəlik Azərbaycan" və "Azad yeni fikir" qəzetlərinin "qara siyahı"ya salınmasına nə dərəcədə əsaslar olduğunu müəyyənləşdirmək üçün bu məsələ Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

"Vedi inform" barədə belə rəyə gəlinərkən Respublika Dəri-Zöhrəvi Dispanserinin, Şəki şəhər Qarışıq Tipli Uşaq Evinin şikayətləri, həmçinin digər amillər nəzərə alınıb. Digər iki qəzet barədə ölçü götürülərkən Göyçay rayon sakinləri Eldar Şıxəliyevin və İlkin Nəbiyevin müraciətlərindəki məqamlara istinad edilib.

İclasda həmçinin Ağdam rayonu Quzanlı qəsəbəsinin bir qrup sakininin "Qeyrət qalası" qəzeti ilə bağlı şikayətinə baxılıb və Komissiya həmin mətbu nəşrdə gedən bir sıra yazılarda açıq təhqirlərə yol verildiyini, bunların əsasən fərdi baxışlardan, münasibətlərdən qaynaqlandığını əsas götürərək qəzetə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti