...

Bakıda MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçiriləcək

Cəmiyyət Materials 24 Sentyabr 2010 15:56 (UTC +04:00)
Bakıda sentyabrın 29-da Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) növbəti 8-ci iclası keçiriləcək.
Bakıda MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Bakıda sentyabrın 29-da Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) növbəti 8-ci iclası keçiriləcək. Məlumatı cümə günü Azərbaycan Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti yayıb.

Tədbirdə MDB iştirakçı dövlətlərində miqrasiya sahəsində vəziyyət, "MDB iştirakçı dövlətlərinin 2009-2011-ci illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə" Proqramın icrası, "MDB iştirakçı dövlətlərinin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə" Proqramın hazırlanmasına dair təkliflər və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti