...

İranda Azərbaycanın qədim oyunları və nağılları haqqında radioveriliş yayımlanacaq

Cəmiyyət Materials 13 Oktyabr 2010 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranda Azərbaycanın qədim nağılları və unudulmuş oyunları haqqında radioveriliş efirə çıxacaq. Bu barədə çərşənbə günü Trend İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, radioveriliş "Sözlər - söhbətlər" adı altında Ərdəbil radiosunda səslənəcək. Verilişdə el nağılları, el oyunları və bayatılar səslənəcək. Hər bir verilişdə atalar sözlərindən biri mövzu seçiləcək.

Xəbər lenti

Xəbər lenti