...

Azərbaycan Mətbuat Şurası dövlət qurumlarını KİV-ə reklam verməyə çağırır

Cəmiyyət Materials 6 Yanvar 2011 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mətbuat Şurası hesab edir ki, kütləvi informasiya vasitələrinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün reklam bazarının genişləndirilməsi vacibdir. Bu barədə cümə axşamı Trend-ə Şura sədri Əflatun Amaşov bildirib.

"KİV-in reklam bazarının genişləndirilməsi üçün artıq müəyyən təkliflər hazırlanıb. Təklifləri hazırlayarkən xarici təcrübəyə əsaslanmağa önəm vermişik. Türkiyədə siyasi mövqeyindən asılı olmayaraq ictimai fikrə təsir edən KİV-ə dövlət qurumlarının öz reklamlarını verməsi təcrübəsi bizim diqqətimizi cəlb edir. Türkiyə təcrübəsində rəsmi qurumlar öz fəaliyyətlərinin ictimaiyyətə çatdırılacaq hissəsini siyasi mövqeyindən asılı olmayaraq ictimai fikrə təsir edən KİV-də reklam yerləşdirməklə çatdırırlar", - Amaşov əlavə edib.

O hesab edir ki, hazırda Azərbaycan mətbuatı keçid dövrünü yaşayır və bu dövrdən çıxmaq üçün dövlətin yardımına ehtiyac var.

"Biz indi keçid dövründə yaşayırıq və hazırda dövlətin yardımından bəhrələnirik. Mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması ilə bağlı dövlət öz yardımını edir. Artıq 2008-ci ildə KİV-ə dövlət dəstəyi konsepsiyası qəbul olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu redaksiyalara qrant formasında yardımlar edir", - Amaşov qeyd edib.

Azərbaycanda 100-ə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir.

Xəbər lenti

Xəbər lenti