...

Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar qaz və elektrik enerjisinin təminatında problem olmayacaq

Cəmiyyət Materials 1 Fevral 2011 18:48 (UTC +04:00)
Pisləşməkdə olan hava şəraitində “Bakıelektrikşəbəkə” SC abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmini üçün bütün lazımi tədbirləri görəcək. Bu barədə çərşənbə axşamı SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar qaz və elektrik enerjisinin təminatında problem olmayacaq

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov/

Pisləşməkdə olan hava şəraitində "Bakıelektrikşəbəkə" SC abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmini üçün bütün lazımi tədbirləri görəcək. Bu barədə çərşənbə axşamı SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, Bakı abonentlərinə elektrik enerjisinin verilməsidə fasilələrin yaranmasının qarşısını almaq üçün SC bütün gücləri səfərbər edib.

"Bakıda elektrik enerjisinin verilməsində problemlərin olmaması üçün əldən gələn hər şey ediləcək", - Mustafayev bildirib.

ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyindən çərşənbə axşamı bildirdiklərinə görə, pisləşməkdə olan hava şəraitilə əlaqədar abonentlərə qazın verməsində problemlər gözlənilmir.

"Qazın veriləməsi ötən il olduğu kimi, yüksək səviyyədə olacaq. Heç bir problem gözlənilmir", - mənbə qeyd edib.

Azərbaycan ərazisində hava şəraitin pisləşməsi aviareyslərin həyata keçirilməsinə təsir göstərməyəcək, - çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Aeroportundan deyiblər.

"Təyyarələrin yola salınması və qəbulu ilə bağlı heç bir problem yoxdur", - aeroportdan bildiriblər.

Heydər Əliyev Beynəlxalq Aeroport iki terminaldan ibarətdir (" Şimal" və "Cənub") və Bakının 25 kilometrliyində Binə qəsəbəsində yerləşir.

Xəbər lenti

Xəbər lenti