...

Azərbaycan Konstitusiya Məhkəməsi Suraxanı rayon məhkəməsinin müraciətini icraata qəbul edib

Cəmiyyət Materials 8 Fevral 2011 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi Suraxanı rayon məhkəməsinin müraciətini icraata qəbul edib.

Konstitusiya Məhkəməsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Suraxanı rayon məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin şərh olunmasını istəyib.

Həmin maddədə qeyd olunur ki, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən (vəkildən) imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun.

Məhkəmə müraciətində ona əsaslanıb ki, şəxs vəkildən imtina etməsi barədə iradəsini nümayiş etdirirsə, onun imtina barədə qərarını vəkilin iştirakı ilə bildirməsinə zərurət yoxdur.

Bu səbəbdən də məhkəmə həmin müddəanın şərh olunmasını KM-dən xahiş edib.

Müraciətə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 28-nə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti