...

Azərbaycanda 9-cu və 11-ci sinif şagirdləri üçün yoxlama imtahanları keçiriləcək

Cəmiyyət Materials 1 Mart 2011 15:58 (UTC +04:00)
Azərbaycanda martın 13-də ümumi orta (9-cu sinif) və tam orta (11-ci sinif) təhsil səviyyələri üzrə yoxlama imtahanları keçiriləcək.
Azərbaycanda 9-cu və 11-ci sinif şagirdləri üçün yoxlama imtahanları keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda martın 13-də ümumi orta (9-cu sinif) və tam orta (11-ci sinif) təhsil səviyyələri üzrə yoxlama imtahanları keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Təhsil Nazirliyindən bildiriblər.

İmtahanlar Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında keçiriləcək.

Fevralın 27-də Azərbaycanın peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə (9-cu sinifdən peşə təhsili müəssisəsinə daxil olanlar üçün) mərkəzləşdirilmiş yoxlama imtahanı keçirilib. 29 mərkəzdə keçirilmiş yoxlama imtahanına 23 şəhər və rayonda yerləşən peşə liseylərinin 4770 şagirdi cəlb edilib.

Xəbər lenti

Xəbər lenti