...

ABŞ Azərbaycandakı tolerantlıq modelini öyrənib bütün dünyaya yaymaq niyyətindədir

Cəmiyyət Materials 14 Mart 2011 17:44 (UTC +04:00)
ABŞ Azərbaycandakı tolerantlıq modelini öyrənib bütün dünyaya yaymaq niyyətindədir.
ABŞ Azərbaycandakı tolerantlıq modelini öyrənib bütün dünyaya yaymaq niyyətindədir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

ABŞ Azərbaycandakı tolerantlıq modelini öyrənib bütün dünyaya yaymaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçisi Hanna Rozentalın başçılıq etdiyi nümayəndə heyətinin Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramovla görüşü zamanı bildirilib. Məlumatı bazar ertəsi Milli Məclisin mətbuat xidməti yayıb.

Xanım Rozental görüşdə Azərbaycanın zəngin tolerantlıq adət-ənənələrinə malik ölkə olduğunu bildirib.

ABŞ-ın müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndəsi Fərəh Pandit görüşdə bildirib ki, onların missiyası dünyada müsəlman icmalarına qarşı artan xoşagəlməz münasibəti aradan qaldırmaqdır.

Görüşdə deputat Yevda Abramov bildirib ki, Azərbaycanda antisemitizm əlamətləri heç vaxt olmayıb. "Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar. Dövlətimizin başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub", - Abramov bildirib.

Xəbər lenti

Xəbər lenti