...

ABŞ-Azərbaycan təhsil mərkəzi açılıb

Cəmiyyət Materials 11 İyun 2011 13:24 (UTC +04:00)
ABŞ-Azərbaycan təhsil mərkəzinin şənbə günü açılışı keçirilib.
ABŞ-Azərbaycan təhsil mərkəzi açılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

ABŞ-Azərbaycan təhsil mərkəzinin şənbə günü açılışı keçirilib. Trend-in məlumatına görə, açılışda iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, təhsil mərkəzi Amerika şurası (IREX), Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyası kimi təşkilatları özündə birləşdirən yeni mərkəzdir.

"ABŞ universitetlərində təhsil almaq insanın həyatında böyük təcrübə ola bilər. ABŞ universitetlərində təhsil almaq əlaqələri, dünyagörüşünü genişləndirə bilər", - səfir bildirib.

ABŞ təhsil sisteminin Azərbaycanın təhsil sistemindən fərqləndiyini qeyd edən Brayza bildirib ki, ABŞ universitetlərinə qəbul üçün ərizə formaları daha fərqli və çətin ola bilər.

"ABŞ-da universitetlərə gəlməmişdən əvvəl tələbələrin ali təhsil müəssisəsi, onların əldə edə biləcəkləri imkanlar barədə məlumatları olmalıdır. Onlar həm də əvvəlcədən təhsillərinin necə maliyyələşəcəyini bilməlidirlər. ABŞ-Azərbaycan təhsil mərkəzi tələbələrə bu imkanları tanıdır", - səfir Brayza bildirib.

Xəbər lenti

Xəbər lenti