...

Azərbaycan hökuməti magistratura və rezidentura üzrə ixtisasların təsnifatını təsdiqləyib

Cəmiyyət Materials 17 İyun 2011 14:00 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nı, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nı və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nı təsdiqləyib.
Azərbaycan hökuməti magistratura və rezidentura üzrə ixtisasların təsnifatını təsdiqləyib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nı, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nı və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nı təsdiqləyib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, bununla bağlı qərar sentyabrın 1-dən qüvvəyə minir.

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), fizika, riyaziyyat, texnologiya müəllimliyi, musiqi, biologiya, kimya, tarix, coğrafiya, informatika, ibtidai sinif müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və s. ixtisaslar qrupuna daxil olan bütün ixtisasları bitirən bakalavrlar pedaqogika ixtisası üzrə magistraturaya qəbul oluna bilərlər.

Xəbər lenti

Xəbər lenti