...

Bakıda muzeylərin durumu müzakirə ediləcək

Cəmiyyət Materials 26 İyun 2011 11:22 (UTC +04:00)
Milli Azərbaycan Tarixi Muzeyində 28 iyun - 2 iyulda muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
Bakıda muzeylərin durumu müzakirə ediləcək

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Milli Azərbaycan Tarixi Muzeyində 28 iyun - 2 iyulda muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri Fariz Xəlilli məlumat verib.

Onun sözlərinə görə, konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr nəzərdə tutulur. Konfrans zamanı bir sıra xarici ölkələrin tanınmış mütəxəssislərinin çıxışları olacaq.

"Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Bolqarıstan, Livan, Qazaxıstan və digər ölkələrin mütəxəssisləri müasir muzeylərin durumu və inkişaf perspektivləri ilə əlaqədar məruzə ilə çıxış edəcəklər", - Xəlilli əlavə edib.

Şöbə müdiri bildirib ki, son zamanlar AMEA Milli Azərbaycan Tarixi Muzeyində yerli və beynəlxalq muzeylərin müasir vəziyyəti və inkişaf perspektivləri, mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti, informasiya texnologiyalarının geniş tətbiqi, muzeylərdə tədris məsələsi sahəsində əldə edilən nailiyyətləri əhatə edən seminar, simpozium və konfranslar tez-tez keçirilir.

Xəbər lenti

Xəbər lenti