...

Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb

Cəmiyyət Materials 2 Sentyabr 2011 16:47 (UTC +04:00)
Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb. Bu barədə cümə günü Trend-ə Milli Televiziya və Radio Şurasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb. Bu barədə cümə günü Trend-ə Milli Televiziya və Radio Şurasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sentyabrın 2-də MTRŞ-nın növbəti iclası keçirilib. İclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı və "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" AvTV-nin televiziya, radio və əlavə informasiya yayımı, "BURC FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "DİGİCOM" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti