...

Bakı yol polisi yeni tədris ilinin başlaması ilə əlaqədar əhaliyə müraciət edib

Cəmiyyət Materials 14 Sentyabr 2011 12:35 (UTC +04:00)
Bakı şəhər yol polisi yeni tədris ilinin başlaması ilə əlaqədar əhaliyə müraciət edib.
Bakı yol polisi yeni tədris ilinin başlaması ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər yol polisi yeni tədris ilinin başlaması ilə əlaqədar əhaliyə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, uşaq və yeniyetmələrin həyat və sağlamlıqlarının qorunması məqsədilə yol polisinin gücləndirilmiş iş rejiminə keçməsi barədə daxili işlər naziri müvafiq əmr imzalayıb.

Onun sözlərinə görə, digər xidmət əməkdaşları da dislokasiya üzrə təhkim olunduqları ərazidə nəzarəti gücləndirəcəklər.

İdarə əhali, avtomobil sahibləri və sürücülərdən xahiş edir ki, paytaxt ərazisindəki yollara yaxın tədris ocaqları ətrafında tıxacların, nəqliyyat sıxlığının yaranmaması, yol hərəkətində ləngimə hallarının, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrini məktəblərin ətrafında, yolların hərəkət hisssəsində saxlamasınlar, digər hərəkət iştitrakçılarının sərbəst, təhlükəsiz hərəkətinə şərait yaratsınlar, yol hərəkəti iştirakçıları bir-birinə hörmətlə yanaşsınlar.

Əsədov sürücülərdən nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməməyi, ara məsafəsini gözləməyi, lüzumsuz yerə səs siqnallarından istifadə etməməyi xahiş edir.

"Paytaxtda nəqliyyatın hərəkətinə kameralar vasitəsilə də tam nəzarət olunacaq. Qaydaları pozanlar dərhal qeydiyyata alınacaq və barələrində təsirli tədbirlər görüləcək", - bölmə rəisi deyib.

Xəbər lenti

Xəbər lenti