...

Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Cəmiyyət Materials 14 Sentyabr 2011 17:35 (UTC +04:00)
Sentyabrın 18-30-da Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 18-30-da Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Festival Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keciriilir.

Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Çənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər - Yekaterinburq Opera və Balet Teatrı, "Ferens List", "Veritas", Vyana kamera orkestrləri, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində sentyabrın 23-də "Üzeyir Hacıbəyli və ifaçılıq sənətinin inkişafı" adlı elmi konfrans təşkil olunacaq.

Üzeyir Hacıbəyli I və II Beynəlxalq Musiqi Festivalı Azərbaycanda 2009-2010-cu illərdə keçirilib.

Xəbər lenti

Xəbər lenti