...

Azərbaycanda gənc ailələrə güzəştli ipotekanın verilməsini nəzərdə tutan qanun gələn il hazır olacaq

Cəmiyyət Materials 5 Dekabr 2011 13:55 (UTC +04:00)
Azərbaycanda gənc ailələrə güzəştli ipotekanın verilməsi ilə bağlı qanun gələn il hazır olmalıdır. Trend-in məlumatına görə, bunu Milli məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bazar ertəsi jurnalistlərə bildirib.
Azərbaycanda gənc ailələrə güzəştli ipotekanın verilməsini nəzərdə tutan qanun gələn il hazır olacaq

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda gənc ailələrə güzəştli ipotekanın verilməsi ilə bağlı qanun gələn il hazır olmalıdır. Trend-in məlumatına görə, bunu Milli məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanunun gələn il hazır olacağı gözlənilir və qanunla ipotekanın şərtlərinin dəyişdirilməsi planlaşdırılır.

Rəcəbli qeyd edib ki, qanun layihəsində ipoteka kreditinin faizsiz, 30 ilədək müddətə verilməsi, ailənin işləməyən üzvləri üçün iş yeri kvotası müəyyən edilməsinin qeyd olunacağı gözlənilir.

"Bütün bunlar maliyyə tutumlu ideyalardır. Məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir", - komitə sədri deyib.

O həmçinin qeyd edib ki, ölkədə ipoteka kreditindən qayıdan pulların yenidən ipotekaya yönəldilməsi verilən kreditin həcmini artıracaq.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədi və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir. Güzəştli ipoteka kreditinə haqqı olan hər ailə ondan ancaq bir dəfə istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti