...

Azərbaycanda polis əməkdaşı rüşvət alarkən həbs olunub

Cəmiyyət Materials 5 Dekabr 2011 16:37 (UTC +04:00)
Azərbaycanda polis əməkdaşı korrupsiya faktına görə həbs olunub.
Azərbaycanda polis əməkdaşı rüşvət alarkən həbs olunub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda polis əməkdaşı korrupsiya faktına görə həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bazar ertəsi Trend-ə bildirib ki, bu il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti