...

Azərbaycanda şəxsiyyət və ya sürücülük vəsiqəsi alanlar üçün yenilik

Cəmiyyət Materials 2 Aprel 2012 11:27 (UTC +04:00)
Bundan sonra vətəndaşların şəxsiyyət və ya sürücülük vəsiqəsi alması üçün tibb müəssisələrindən tibbi arayış almasına ehtiyac qalmayacaq.
Azərbaycanda şəxsiyyət və ya sürücülük vəsiqəsi alanlar üçün yenilik

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Bundan sonra vətəndaşların şəxsiyyət və ya sürücülük vəsiqəsi alması üçün tibb müəssisələrindən tibbi arayış almasına ehtiyac qalmayacaq. Bu barədə bazar eretəsi Trend-ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Əsədzadənin sözlərinə görə, şəxsiyyət vəsiqəsinin verilməsi zamanı tələb olunan tibbi arayışların "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"ndən alınması nəzərdə tutulur.
Bununla da Səhiyyə Nazirliyinin elektron informasiya bazasında arayışla bağlı bütün məlumatlar Daxili İşlər Nazirliyinin informasiya sistemində əks olunacaq.

"Vətəndaşın şəxsiyyət vəsiqəsində yer alan qan qrupu, göz rəngi kimi fərdi məlumatlar tibbi arayışdan avtomatik əldə olunacaq. Artıq kənar müdaxilə və ya proseslərə ehtiyac qalmayacaq. Sadəcə tibbi kartların identifikasiya kodu ilə məlumatlar bizim bazadan Daxili İşlər Nazirliyin bazasına göndəriləcək. Hazırda ikitərəfli məlumat mübadiləsinin təkmilləşdirilməsi üzərində işlər davam etdirilir. Daxili İşlər Nazirliyi ilə bizim optik rabitəmiz qurulub. Biz sözügedən nazirliyin elektron informasiya bazasından şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla, onun sahibi ilə bağlı məlumatları, təlimatları əldə edə bilirik. İndi isə növbəti mərhələyə qədəm qoyulur", - Əsədzadə deyib.

Onun sözlərinə görə, elektron baza gələcəkdə respublikanın digər dövlət müəssisələrinin elektron bazaları ilə birləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti