...

Azərbaycan Səhiyyə Nazirliyi dərman şirkətlərinə yeni qadağa qoydu

Cəmiyyət Materials 9 Aprel 2012 13:44 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalını iyunun 1-dən dayandıracaq.
Azərbaycan Səhiyyə Nazirliyi dərman şirkətlərinə yeni qadağa qoydu

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalını iyunun 1-dən dayandıracaq. Bu barədə Trend Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən məlumat verir.

Qəzetdə qeyd edilib ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir. İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edilib. Bu problemin tam həlli üçün iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.

Xəbər lenti

Xəbər lenti