...

Azərbaycanda pasiyentin sağlamlığına vurulmuş zərərin ödənilməsi qanunvericiliklə tənzimlənəcək

Cəmiyyət Materials 25 Aprel 2012 16:38 (UTC +04:00)
Azərbaycanda pasiyentin sağlamlığına vurulmuş zərərin ödənilməsi qanunvericiliklə tənzimlənəcək.
Azərbaycanda pasiyentin sağlamlığına vurulmuş zərərin ödənilməsi qanunvericiliklə tənzimlənəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda pasiyentin sağlamlığına vurulmuş zərərin ödənilməsi qanunvericiliklə tənzimlənəcək. Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında "Pasiyentin hüquqları haqqında" qanun lahiyəsi müzakirəyə çıxarılıb.

Qanun lahiyəsində qeyd olunur ki, pasiyentə tibbi yardım göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsini tələb etmək hüququ var.

Pasiyentin sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Qanun lahiyəsində qeyd olunur ki, pasiyentlərə qarşı hüquqa zidd olan və sağlamlığa zərər yetirmiş hərəkətlərin törədilməsi faktı pasiyentərin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və ya məhkəmə qaydasında müəyyən edilə bilər.

Komissiya 4 il müddətinə ali hüquqi və tibbi təhsilə malik 7 nəfərdən ibarət tərkibdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır.

Pasiyent və ya onun nümayəndəsi tibb müəssisəsinin qərarı ilə razılaşmadıqda, qərarın surətinin ona təqdim olunduğu gündən 30 gün ərzində məhkəməyə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti