Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir K.Zərbalıyeva/
Bakıda dünən günvurma ilə bağlı 4 nəfər təcili yardıma müraciət edib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, günvurma hadisələri Bilgəhdə bağ evində, Səbaildə, Qobustanda və Hökməli kəndində qeydə alınıb.
Stansiyadan bildirilib ki, təcili yardıma müraciətlər gecə saatlarında olub.
Gün vuranlardan biri xəstəxanaya yerləşdirilib. 32 yaşlı qadın günvurmadan 2-3-cü dərəcəli yanıq xəsarətləri alıb və yanıq mərkəzinə yerləşdirilib. Digərləri isə xəstəxanaya getməkdən imtina edib, onlara yerində tibbi yardım göstərilib.
Gün vuranlardan biri isə 8 yaşlı uşaq olub.