...

Azərbaycanda seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır - yaponiyalı mütəxəssis (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2012 10:25 (UTC +04:00)
Azərbaycanda seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır.
Azərbaycanda seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır - yaponiyalı mütəxəssis (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) cümə axşamı Trend-ə verilən məlumata görə, bunu Azərbaycanda səfərdə olan Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivara RSXM-nin baş direktoru Qurban Yetirmişli ilə görüşündə deyib.

Toru Kajivara Azərbaycanda seysmologiyaya dair tədqiqatların ən müasir avadanlıqlarla aparılmasını müsbət hadisə adlandırıb. Onun sözlərinə görə, bu sahədə Azərbaycan seysmoloqları nəinki MDB ölkələri, dünyanın əksər ölkələrindən də öndədirlər.

Səfər çərçivəsində RSXM-in Bakı stansiyasında olan yaponiyalı seysmoloqlara bildirilib ki, Mərkəzin hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 31 telemetrik peyk rabitəsi ilə işləyən stansiyalarından gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir.

Azərbaycanda aparılan işlərin Yaponiya seysmoloqlarında maraq doğurduğunu deyən Toru Kajivara ikitərəfli əməkdaşlığı inkişafının hər iki ölkə üçün səmərəli olacağına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti