...

Gürcüstanın birinci xanımı azərbaycanlı uşaqları Vətənə yola salıb

Cəmiyyət Materials 10 Sentyabr 2012 20:12 (UTC +04:00)
Gürcüstanın birinci xanımı Sandra Rulofs bazar ertəsi Azərbaycandan olan 17 uşağı Tbilisi Dəmiryol Vağzalından Vətənə yola salıb.
Gürcüstanın birinci xanımı azərbaycanlı uşaqları Vətənə yola salıb

Gürcüstan, Tbilisi, 10 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın birinci xanımı Sandra Rulofs bazar ertəsi Azərbaycandan olan 17 uşağı Tbilisi Dəmiryol Vağzalından Vətənə yola salıb.

Trend-in məlumatına görə, sentyabrın 1-10-da Gürcüstanda xüsusi qayğıya ehtiyacı olan azərbaycanlı və gürcü uşaqlardan ibarət qrup üçün xeyriyyə aksiyası keçirilib. Aksiya Heydər Əliyev Fondu tərəfindən təşkil edilib.

"Azərbaycanlı uşaqlar Gürcüstanda unudulmaz vaxt keçirdilər, onlar hətta evə getmək istəmirlər. Onlar ölkəmizi sevdilər və şadam ki, uşaqlar mən və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nəzarətində olan proqram çərçivəsində yaxşı istirahət edə bildilər", - Rulofs deyib.

Azərbaycanlı uşaqlar və onları müşayiət edən şəxslər 10 gün ərzində Gürcüstanda olublar. Öz növbəsində, 16 nəfərdən ibarət Gürcüstan nümayəndə heyəti bu zaman Azərbaycanda qonaq olub və onlar bazar ertəsi Tbilisiyə yola düşəcəklər.

Azərbaycanlı uşaqlar Tbilisidə İncəsənət Muzeyi, açıq səma altında Etnoqrafiya Muzeyi və müxtəlif parklarda olub, həmçinin Gürcüstanın digər şəhərlərini gəziblər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən bu xeyriyyə aksiyası artıq ikinci ildir təşkil edilir.

Nümayəndə heyətinin səfər çərçivəsində bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilib.

Xəbər lenti

Xəbər lenti