...

2030-cu ilədək Bakıda metrostansiyaların sayının 73-ə çatdırılması nəzərdə tutulur

Cəmiyyət Materials 24 Oktyabr 2012 12:34 (UTC +04:00)
2030-cu ilədək Bakıda metrostansiyaların sayının 73-ə çatdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.
2030-cu ilədək Bakıda metrostansiyaların sayının 73-ə çatdırılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.İsmayılov/

2030-cu ilədək Bakıda metrostansiyaların sayının 73-ə çatdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına yeni metropoliten xətləri inkişaf etdirilib, "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül" stansiyaları və "28 May" stansiyasının ikinci çıxışı istismara verilib. "İçərişəhər" və "Koroğlu" stansiyaları tamamilə yenidən qurulub. Metronun "Avtovağzal", "Memar Əcəmi-2", "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarında işlər davam etdirilir.

Əhmədov bildirib ki, 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcək.

"Bundan sonra hər il yeni stansiyaların tikintisinə də nail olacağıq. Dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. Peşəkarlıq var. Mən çox şadam ki, metro tikintisini Azərbaycan inşaatçıları aparırlar. Bu da yaxşı göstəricidir", - Əhmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti