...

"Azərsu" Qurban bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edib (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2012 19:16 (UTC +04:00)
Un, yağ, şəkər tozu, qənd, düyü və digər ərzaq məhsullarından ibarət ərzaq yardımı Saatlı rayonunun Nərimankənd və Əlisoltanlı kəndlərində məskunlaşmış Cəbrayıl, Füzuli, Ağdam, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib.
"Azərsu" Qurban bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edib (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qurban bayramı münasibətilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Un, yağ, şəkər tozu, qənd, düyü və digər ərzaq məhsullarından ibarət ərzaq yardımı Saatlı rayonunun Nərimankənd və Əlisoltanlı kəndlərində məskunlaşmış Cəbrayıl, Füzuli, Ağdam, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib.

"Azərsu" ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti