Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/
Binəqədi rayon İcra Hakimiyyətində Dövlət Bayrağı Günü ilə əlaqədar sərgi təşkil olunub. Bu barədə cümə axşamı Trend-ə İcra Hakimiyyətindən məlumat veriblər.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva Azərbaycanda üçrəngli dövlət bayrağının keçdiyi tarixi yol haqqında tədbir iştirakçılarına məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bayrağımızın millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzi, Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olduğunu diqqətə çatdırıb.
Daha sonra rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilən inşa yazı, şeir və rəsm müsabiqələrinin qalibləri rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Tədbir qiraət müsabiqəsinin qaliblərinin çıxışı ilə yekunlaşıb.