...

Səngəçal-Qaradağ mənzilində 10 km dəmir yolu təmir olunur (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2012 09:25 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Səngəçal-Qaradağ mənzilində 10 km dəmir yolu təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 noyabr 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçirilir və Səngəçal-Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur. Səhər saatlarında işə başlanılıb və köhnə yolun söküntüsü həyata keçirilir.

Təmir işlərini həyata keçirən "Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov məlumat verərək bildirib ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 148 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti