...

İsmət Abasov kənd təsərrüfatı məhsullarının satış yarmarkasında malların keyfiyyəti ilə maraqlanıb (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2012 17:58 (UTC +04:00)
Dekabrın 22-də Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı kənd təsərrüfatı məhsullarının satış yarmarkasına Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 250 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib.
İsmət Abasov kənd təsərrüfatı məhsullarının satış yarmarkasında malların keyfiyyəti ilə maraqlanıb (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Dekabrın 22-də Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı kənd təsərrüfatı məhsullarının satış yarmarkasına Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 250 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatına görə, yarmarkada nəzarət tərəzisi qoyulub, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilib.

Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. satılır. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən diqqətlə yoxlanılır və sonra satışına icazə verilir.

Kənd təsərrüfatı naziri İsmət Abasov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti