...

Bakıda yeni yeraltı keçid istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2012 17:01 (UTC +04:00)
Bakının Nizami rayonunda yeni yeraltı piyada keçidi istismara verilib. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" QSC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakıda yeni yeraltı keçid istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakının Nizami rayonunda yeni yeraltı piyada keçidi istismara verilib. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" QSC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Keçid Qara Qarayev prospektində, Heydər Əliyev Parkının qarşısında yerləşir.

Keçidin uzunluğu 45 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir. Keçidin tikintisinə Nəqliyyat Nazirliyinin sifarişi ilə 2012-ci ilin fevralında başlanılıb.

Keçidin divarları və döşəməsi cilalanmış mərmərlə üzlənib. Keçidin pilləkanlarının döşənməsi zamanı sürüşmənin qarşısını almaq üçün yandırılmış mərmərdən istifadə edilib.

Keçiddə, həmçinin əlilliyi olan insanların qalxması və enməsi üçün xüsusi yerlər mövcuddur.

Yağış və qrunt suları ilə mübarizə aparmaq üçün drenaj sistemi və nasos bölməsi yaradılıb. Keçid müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti