...

Təhsil Nazirliyi məktəblərdə yenidən araşdırmalar aparacaq

Cəmiyyət Materials 29 Dekabr 2012 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar keçirilən monitortinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması vəziyyəti ilə bağlı yenidən təkrar araşdırmalar aparılacaq.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi zamanı 53 şəhər, rayon təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə edib.

Monitorinq aparılan 17 məktəbdə tədris prosesində İKT avadanlığından və İnternetdən istifadə olunmadığı müəyyənləşib. Əsas səbəb kimi məktəb rəhbərliyinin mövcud İKT avadanlıqlarından müəllimlərin istifadə etməsinə icazə verməməsi, informatika otağına yalnız informatika müəllimlərinin dərs keçməsinə icazə verilməsi, məktəb rəhbərliyinin İKT üzrə keçirilən dərslərə marağının olmaması və müəllimlərdən tələb etməməsi, İKT avadanlıqlarının sağlamlığa mənfi təsir etməsi fikri, kompyuterlərin informatika otağında olmaması və informatika otağına yalnız informatika müəllimlərinin girişinə icazə verilməsi, işıqların tez-tez sönməsi, internetdən istifadə edə bilməmələri göstərilib.

Monitorinq aparılan 63 məktəbdə tədris prosesində təhsil portalından istifadə olunmayıb.

Monitorinq zamanı Masallı rayon 3 nömrəli məktəbdə 1 dəst kompyuter və 1 monitor, Hacıqabul rayon 9 nömrəli məktəbdə 4 siçanın olmadığı, trankların sındırılması, İmişli rayon 3 nömrəli məktəbdə 10 ədəd siçan, 6 klaviatura və 10 ədəd adapterın, 1 monitor və 1 printerin, 2 dəst kompyuterin olmadığı aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti