...

Rusiyada işləməyə gedən müsəlman qadınlara hicabla şəkil çəkdirməyə icazə verildi

Cəmiyyət Materials 11 Yanvar 2013 16:38 (UTC +04:00)
Rusiyada işləməyə gedən müsəlman qadınlar sənəd üçün hicabla şəkil çəkdirə bilərlər. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
Rusiyada işləməyə gedən müsəlman qadınlara hicabla şəkil çəkdirməyə icazə verildi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Rusiyada işləməyə gedən müsəlman qadınlar sənəd üçün hicabla şəkil çəkdirə bilərlər. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

Bu, Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskinin imzaladığı əmrdən irəli gəlir.

Əmrdə deyilir: "Dini etiqadları baş geyimi olmadan yad adamlar qarşısında görünməyə icazə verməyən insanların üz çevrəsini gizlətməyən baş geyimlərində şəkil çəkdirməsinə icazə verilir. Üst geyimdə, çənənin bir hissəsini bağlayan şərflə şəkil çəkdirməyə icazə verilmir".

"Həmin tələblər RF-də pasportlar üçün şəkil çəkdirməyə olan tələblərlə eynidir", - FMX-nin mətbuat katibi Zalina Kornilova deyib.

FMX-dən bildiriblər ki, həmin qaydalar müxtəlif dinlərə etiqad edən insanlara aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti