...

Azərbaycan və Fransanın dövlət miqrasiya qurumları arasında işçi qrupunun yaradılması təklif edilir

Cəmiyyət Materials 16 Yanvar 2013 10:39 (UTC +04:00)
Azərbaycan və Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Azərbaycan və Fransanın dövlət miqrasiya qurumları arasında işçi qrupunun yaradılması təklif edilir

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

Xidmət rəisi səfirə rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri, həmçinin ölkə ərazisində mövcud miqrasiya prosesləri barədə məlumat verib. Nəbiyev son illərdə Azərbaycan Respublikasının əldə etdiyi iqtisadi nailiyyətlərə, siyasi sabitliyə və ölkənin geosiyasi mövqeyinə görə əcnəbilər üçün cəlbedici olduğunu, bu səbəbdən də ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında ildən-ilə artımın müşahidə edildiyini nəzərə çatdırıb.

Səfir Paskal Mönye isə diplomatik fəaliyyəti dövründə Azərbaycan və Fransa əlaqələrinin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

"Bizim istəyimiz Azərbaycanı daimi olaraq möhkəm, müstəqil, tolerant və dünyəvi görməkdir", - Mönye deyib.

Səfir Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Fransanın İmmiqrasiya, İnteqrasiya, Milli Kimlik və Həmrəy İnkişaf Nazirliyi arasında işçi qrupunun yaradılması təklifini irəli sürüb, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti