...

Ötən il Azərbaycanın prokurorluq orqanlarından 10 nəfər xaric olunub, 6 nəfər vəzifəsindən azad edilib

Cəmiyyət Materials 1 Fevral 2013 16:20 (UTC +04:00)
Ötən il yol verdiyi xətalara görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib.
Ötən il Azərbaycanın prokurorluq orqanlarından 10 nəfər xaric olunub, 6 nəfər vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Ötən il yol verdiyi xətalara görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib.

Trend-in Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu məlumat Baş Prokurorluqda 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında açıqlanıb.

Kollegiyada qeyd edilib ki, 2012-ci ildə müxtəlif xətalara yol verdiklərinə görə 62 əməkdaş intizam qaydasında cəzalandırılıb, 6 əməkdaş tutduğu vəzifələrdən azad edilib, xidmətlə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi"nin tələblərini pozan hərəkətlərə yol verdiklərinə görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Həmçinin, səlahiyyət hədləri daxilində respublika hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin eyni prinsipiallıqla davam etdirilməsi, bütün rəhbər vəzifəli şəxslər tərəfindən möhkəm nizam-intizam yaradılmasına yönəldilmiş müvafiq təşkilati və digər işlərin görülməsi barədə tapşırıqlar verilib.

Kollegiya iclasında qeyd edilib ki, 2012-ci ildə ədalətli kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, şəffaf və obyektiv meyarlar əsasında kadrların seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə layiqli hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb.

Hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 21 əməkdaş, o cümlədən 5 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 77 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi təmin olunmaqla, müsabiqə nəticələrinə görə müvəffəqiyyət qazanan 47 gənc hüquqşünasın yaxın vaxtlarda vakant vəzifələrə təyinatlarının aparılacağı, ümumilikdə kadr tərkibinin 52 faizdən çoxunun bu yolla işə qəbul olunan gənclər olduğu islahatların uğurlu nəticələri kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti