...

Serbiya Prezidentinin səfəri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq

Cəmiyyət Materials 7 Fevral 2013 13:35 (UTC +04:00)
Serbiya Prezidenti Tomislav Nikoliçin fevralın 7-9-da Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Serbiya Prezidentinin səfəri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Serbiya Prezidenti Tomislav Nikoliçin fevralın 7-9-da Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Keçiriləcək dövlət əhəmiyyətli tədbirlərlə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, bu gün saat 17:00-dan etibarən Heydər Əliyev adına Hava Limanından paytaxtın mərkəzi istiqamətlərində, həmçinin Mərdəkan, Buzovna, Zuğulba istiqamətində avtomobil yollarında hərəkətə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Həmin gün Aeroport şosesi ilə Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, Ü.Hacıbəyov küçəsi, Z.Əliyeva, R.Rza, Nefçilər prospektləri, Azneft dairəsi, Niyazi küçəsi və Dövlət Bayrağı Meydanı istiqamətində, həmçinin sonrakı 8-9 fevral tarixlərində isə Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Vaqif küçələri və tədbirlərin keçiriləcəyi digər istiqamətlər üzrə hərəkətə fasilələrlə məhdudiyyət qoyulacaq.

"Sürücülərdən tədbirlərin 9 fevral 13:00-a qədər başa çatacağını nəzərə alaraq, qeyd olunan istiqamətlər üzrə nəqliyyat sıxlığının yaranmaması üçün bu istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmək və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək xahiş olunur", - Əsədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti