...

Türkiyədə Novruzun rəsmi bayram kimi qeyd olunması təklif edilir

Cəmiyyət Materials 20 Mart 2013 14:05 (UTC +04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkədə Novruzun rəsmi bayram kimi qeyd olunmasını təklif edir.
Türkiyədə Novruzun rəsmi bayram kimi qeyd olunması təklif edilir

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkədə Novruzun rəsmi bayram kimi qeyd olunmasını təklif edir. Bu barədə Trend çərşənbə günü "Sabah" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, partiya bununla əlaqədar olaraq, Türkiyə Böyük Millət Məclisinə müraciət etməyə hazırlaşır.

Təklifin qəbul ediləcəyi təqdirdə, martın 21-də Türkiyədə Novruz bayramı rəsmən qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti