Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 430-cu (İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ) maddəsinin iki bəndinin - 430.1-ci (Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər), 430.2.3-cü (səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə) və 438-ci ( İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması) maddəsinin şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarıb.
Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprel ayının 19-na təyin edilmiş iclasında baxılacaq.