Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/
Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra Azərbaycanda aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata başlanılıb. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib.
Onun sözlərinə görə, bu günədək artıq mindən artıq əcnəbi Dövlət Miqrasiya Xidməti tərəfindən yaşadığı yer üzrə qeydiyyata alınıb və bu istiqamətdə işlər fəal şəkildə davam etdirilir.
Dövlət Miqrasiya Xidmətinin rəis müavini qeyd edib ki, Azərbaycan Respublikasına viza əsasında gələn əcnəbilər vizada göstərilən müddətə, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilər isə 90 gün müddətinə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindfən qeydiyyata alınır. Əcnəbilər DMX-nə elektron poçt vasitəsi ilə və ya şəxsən müraciət edə bilərlər.
Azərbaycanda mindən artıq əcnəbi DMX tərəfindən qeydə alınıb
Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra Azərbaycanda aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata başlanılıb.