Azərbaycan, Bakı, 7 may /Trend/
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 6-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, mayın 7-də isə Çevik Polis Alayında qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təşkil olunan bu tədbirdə 600-dən çox polis əməkdaşı iştirak etmişdir. Növbəti belə nəcib təşəbbüs mayın 8-də Xətai Rayon Polis İdarəsində həyata keçiriləcəkdir.
Yeri gəlmişkən, toplanmış qan hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə respublika Mərkəzi Qan Bankına təhvil veriləcəkdir.