Türkiyənin haker qrupu İstanbul administrasiyasının saytını dağıdaraq qurumların borclarını silib

Cəmiyyət Materials 28 İyun 2013 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "Redhack" haker qrupu İstanbul administrasiyasının saytını dağıdaraq bəzi dövlət qurumlarının dövlətə olan borclarını silib. Bu barədə Trend cümə günü "Radikal" qəzetinə istinadən məlumat verir.

"Redhack" qurumların elektrik enerjisi, su, internet və qaza görə dövlətə olan borclarını ləğv edib.

"Redhack"ın bəyanatında deyilir ki, qrup Türkiyə hakimiyyətinin Taksim meydanındakı nümayişlərə müdaxilə etməsinə etiraz əlaməti olaraq borcları silib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti