...

Bu gün Kannda Azərbaycan klassik musiqisi və milli mətbəxi təqdim ediləcək (FOTO)

Cəmiyyət Materials 6 İyul 2013 18:09 (UTC +04:00)
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində bu gün klassik musiqi gecəsi keçiriləcək. Heydər Əliyev Mərkəzinin Azərbaycan mədəniyyətini yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində təşkil olunan proqramın açılışında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan çıxış edəcək. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertura, xalq və bəstəkar mahnıları səslənəcək.
Bu gün Kannda Azərbaycan klassik musiqisi və milli mətbəxi təqdim ediləcək (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində bu gün klassik musiqi gecəsi keçiriləcək. Heydər Əliyev Mərkəzinin Azərbaycan mədəniyyətini yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində təşkil olunan proqramın açılışında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan çıxış edəcək. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertura, xalq və bəstəkar mahnıları səslənəcək.

Daha sonra Kannda Azərbaycanın milli mətbəxi təqdim ediləcək. Qonaqlar Azərbaycanın ləziz təamları, süfrə mədəniyyəti və ənənələri ilə caz musiqisinin sədaları altında tanış ola biləcək.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri iyulun 7-də başa çatacaq. Sabah Kannda açıq havada möhtəşəm şou keçiriləcək və"Arşın mal alan" filmi nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti