...

Ötən həftə Azərbaycandan 733 əcnəbi vətəndaş çıxarılıb

Cəmiyyət Materials 9 İyul 2013 16:13 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 782 əcnəbi aşkar edilib.
Ötən həftə Azərbaycandan 733 əcnəbi vətəndaş çıxarılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 782 əcnəbi aşkar edilib.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 01.07.2013-05.07.2013-cü il tarixlərdə Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 782 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 41 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa, 689 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 44 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin, 8 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Ümumiyyətlə, həftə ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1782 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 12873 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işəgötürən tərəfindən ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 15 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 10 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti