Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
İyulun 11-də Bakı və Abşeron yarımadasında, əsasən, şimal küləyi mülayim çənub-şərq küləyi ilə əvəzlənəcək. Bununla əlaqədar paytaxtda iyulun 11-da havanın temperaturu əvvəlki günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək.
Bakıda havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti proqnozlaşdırılır.
İyulun 11-də Azərbaycanın Aran rayonlarında havanın temperaturu gecə 23-27, gündüz maksimal temperatur 35-40 dərəcə olacaq. Dağlıq ərazilərdə gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
İyulun 12-də də nisbətən isti hava şəraiti davam edəcək.