...

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün indiyədək 274 nəfər müraciət edib

Cəmiyyət Materials 10 İyul 2013 14:47 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq üçün indiyədək 274 vətəndaş sənəd təqdim edib.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün indiyədək 274 nəfər müraciət edib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq üçün indiyədək 274 vətəndaş sənəd təqdim edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəd qəbulu hazırda davam edir. Sənədlərin qəbulu avqustun 15-dək davam edəcək.

Bu dövr ərzində Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq üçün sənəd qəbuluna mayın 22-də başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti