...

İsmayıllı sakinləri bu gündən ASAN Səyyar Xidmətdən yararlana biləcəklər (FOTO)

Cəmiyyət Materials 18 İyul 2013 16:59 (UTC +04:00)
Bu gündən etibarən iyulun 29-dək İsmayıllı rayonunun ümumi sayı 80000-dən çox sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək.
İsmayıllı sakinləri bu gündən ASAN Səyyar Xidmətdən yararlana biləcəklər (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Bu gündən etibarən iyulun 29-dək İsmayıllı rayonunun ümumi sayı 80000-dən çox sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
  • Əmək pensiyalarının təyin edilməsi
  • Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Qedy edək ki, ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilir. Şimal istiqamətində İsmayıllıdan sonra avtobuslar Balakən və digər rayonlara, cənub isiqamətində isə Lənkəran, Masallı və digərlərinə səfər edəcək.

Xatırlaadq ki, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda isə Salyan və Neftçala rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti