Azərbaycan, Bakı, 29 iyul / Trend /
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin ilk yarımilində 20 Yanvar faciəsinin ildönümü əlaqədar 434 nəfər əlil və şəhid ailəsinə maddi yardımlar verilib. Bu barədə bazar ertəsi Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmçinin bu müddətdə Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlil, 9 May-Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibəti ilə bir qrup müharibə veteranı birdəfəlik maddi yardımla təmin edilib.
Bu müddətdə nazirlik tərəfindən qəbul edilən və sosial vəziyyəti çətin olan 74 nəfər əlilin müraciətinə uyğun olaraq, onların sosial-məişət problemlərinin həll edilməsinə müvafiq maddi köməkliklər göstərilib.