...

Yol nişanları ilə yol xətləri arasında uyğunsuzluq olarsa, sürücü nə etməlidir?

Cəmiyyət Materials 22 Avqust 2013 17:18 (UTC +04:00)
Yol nişanı ilə yolun üzərində göstərilmiş xətlərdə hər hansı uyğunsuzluq olarsa, o zaman nişanın tələbləri əsas götürülməlidir. Buna əməl etməyən sürüc yol polisi tərəfindən cəzalandırılacaq.
Yol nişanları ilə yol xətləri arasında uyğunsuzluq olarsa, sürücü nə etməlidir?

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İzzət/

Yol nişanı ilə yolun üzərində göstərilmiş xətlərdə hər hansı uyğunsuzluq olarsa, o zaman nişanın tələbləri əsas götürülməlidir. Buna əməl etməyən sürücü yol polisi tərəfindən cəzalandırılacaq. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, bəzən yolun üzərində göstərilmiş xətlərlə yol kənarında qoyulmuş nişanlar arasında uyğunsuzluq olur:

"Bu, əsasən hərəkətin təşkilində müvəqqəti dəyişikliklər olarkən əlavə nişan qoyulanda baş verir. Amma qoyulan nişanla xəttin tələbi arasında ziddiyyət yaranarsa, sürücü nişanın tələblərini əsas götürməlidir. Əgər sürücü hər hansı səbəbdən yol nişanının tələbinə əməl etməzsə, yol polisi onu cərimə etməkdə haqlıdır."

Şöbə rəisi qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunda da göstərilir ki, sürücü yolda diqqətli olmalı, yol nişanlarının, yol xətlərinin tələblərinə əməl etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti