...

Azərbaycanda doktorantların əldə etdiyi nəticələr müzakirə ediləcək

Cəmiyyət Materials 11 Oktyabr 2013 10:34 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı keçiriləcək.
Azərbaycanda doktorantların əldə etdiyi nəticələr müzakirə ediləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı keçiriləcək.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, konfransın keçirilməsində məqsəd doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfrans dekabrın 19-20-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti