...

Ukraynada Azərbaycanla bağlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2013 14:38 (UTC +04:00)
Ukraynanın Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə "Azərbaycanın dünəni, bu günü və gələcəyi" mövzusunda konfrans keçirilib.
Ukraynada Azərbaycanla bağlı konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Ukraynanın Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə "Azərbaycanın dünəni, bu günü və gələcəyi " mövzusunda konfrans keçirilib.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Ukraynanın bir sıra vilayət və şəhərlərində yaşayan və təhsil alan azərbaycanlı və ukraynalı gənclərin qatıldığı konfransı Ukrayna Azərbaycanlı Gənclər Biriliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva açaraq rəhbərlik etdiyi təşkilatın üçillik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bu günlərdə Odessa şəhərində Azərbaycan Gənclər Mərkəzinin açıldığını bildirən Samirə Əliyeva müasir texnalogiya və kompyuter avadanlıqları ilə təchiz olunmuş mərkəzdə mütamadi olaraq xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

"Bu gün dünyanın harasında yaşamasından və təhsil almasından asılı olmayaraq hər bir azərbaycanlı gənc xalqımızın qədim tarixini dərindən mənimsəməklə, ölkəmizin xoş və parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verməlidir". Konfransda çıxışına bu fikirlə giriş verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf edərək dünyanın aparıcı ölkələri arasında əldə etdiyi tarixi nailiyyətlərdən danışıb.

Beynəlxalq arenada müstəqil Azərbaycan dövlətinin imicinin qorunub saxlanılmasında gənclərin üzərinə düşən tarixi missiyadan söz açan birliyin rəhbəri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında qarşıda duran mühüm vəzifələrdən bəhs edib. Konfransda çixiş edən ARDNŞ -in Ukrayna nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, UAGB-nin Odessa vilayət təshkilatının fəallları Ləman Məmmədova, Bulud Tanrıverdiyev, Sevinc Əzimova, Məlahət Eyyubova, Rafiq Həmidov, Salatın Xocalıyeva və digər çıxış edənlər Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti